AZ

Fransa 2023-2024-cü illərdə Ermənistanla 274,5 milyon avro dəyərində hərbi müqavilələr imzalayıb

Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabata görə, 2023-2024-cü illərdə Ermənistan Fransa ilə 274 milyon avrodan çox dəyərində silah təchizatı müqavilələri imzalayıb.

Herbiand.az bildirir ki, bu barədə RFE/RL xəbər verir.

Nazirliyin sənədində bildirilir ki, müdafiə əməkdaşlığının şaxələndirilməsi çərçivəsində Ermənistan hərbi imkanlarını gücləndirmək və əhalisinin təhlükəsizliyini təmin etmək üçün Fransaya müraciət etmək qərarına gəlib.

2022-ci ilə qədər Fransa Ermənistana demək olar ki, heç bir silah tədarük etmirdi. Lakin 2023-2024-cü illərdə Ermənistanın quru qoşunlarını təchiz etmək üçün çoxsaylı müqavilələr imzalanıb. Həmçinin, bu ölkənin müdafiə sənayesində bir neçə birgə layihə də müzakirə olunur.

Hesabatda həmçinin vurğulanıb ki, Fransa əvvəllər də məlum olduğu kimi Ermənistana Sezar özüyeriyən haubitsaları, eləcə də onlar üçün 15 tank əleyhinə raket və buraxılış qurğusu tədarük edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
63
herbiand.az

1Mənbələr