AZ

Mustafa Destici: Ermənistan Azərbaycanla əldə olunan razılaşmalara əməl etməsə, Türkiyə ilə normallaşma prosesi mümkün deyil

Bakı, 3 noyabr, AZƏRTAC

Əgər, Ermənistan Azərbaycanla əldə olunan razılaşmalara əməl etməsə, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi mümkün deyil. Bundan sonra Ermənistan yalnız Azərbaycanla masa arxasına oturduqdan sonra Türkiyə ilə görüşə biləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən mətbuat konfransında Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici söyləyib.

Partiya sədri əlavə edib ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxarıldıqdan sonra, tamamilə fərqli ruh halına bürünüb.

O vurğulayıb ki, Zəngəzur dəhlizi bütün Türk dünyası və region ticarəti üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, bu dəhliz Ermənistanın dünyaya açılması baxımından da vacibdir.

 

Seçilən
33
3
azertag.az

4Mənbələr