AZ

2025-ci ildə 17 mindən çox insan Ermənistan vətəndaşlığı alıb

2025-ci

Ermənistan prezidentinin fərmanı ilə 2025-ci ilin ilk doqquz ayında 17 min 180 nəfər Ermənistan vətəndaşlığını alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artım deməkdir.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan bu gün 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komitələrinin birgə iclasında bildirib.

“Eyni zamanda, 3166 nəfərin vətəndaşlığına xitam verilib. Burada da 10,7 faiz artım müşahidə olunub. Lakin ümumi mənzərə Ermənistan vətəndaşlığını alan insanların sayı ilə müəyyən edilir”, - Sarkisyan deyib.

Qeyd edək ki, Ermənistan vətəndaşlığı üçün daha çox Qarabağdan gedən ermənilərin müraciət etdiyi ehtimal olunur.

V. QULİYEV
Seçilən
28
1
reyting.az

2Mənbələr