ABŞ prezidenti Donald Tramp hazırkı ABŞ administrasiyası dövründə Çinin Tayvana hücum etməyəcəyinə əminliyini ifadə edib.
AzPost bildirir ki, Amerika lideri CBS News-a verdiyi müsahibədə Çin prezidenti Si Cinpin hərbi əməliyyatların nəticələrindən xəbərdar olduğunu deyib.
“Onlar hər hansı bir tədbir görsələr nə baş verəcəyini başa düşürlər. Çin lideri dedi ki, ‘Tramp prezident olduğu müddətdə heç vaxt heç nə etməyəcəyik.’ Onlar bunun nəticələrinin olacağını bilirlər”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, münaqişə məsələsi bu yaxınlarda Cənubi Koreyanın Busan şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində Si Cinpinlə görüşdə qaldırılmayıb.
Tramp Çinin adaya hücum edəcəyi təqdirdə planını açıqlamaqdan imtina edib.