
ABŞ Venesuelada mümkün hərbi əməliyyatlar üçün hazırlıqlara başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi təhlil etdiyi peyk görüntülərinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ sentyabrın 7-də Puerto-Rikoda 20 ildən artıqdır ki, tərk edilmiş “Ruzvelt Rouds” hərbi dəniz bazasında tikinti işlərinə start verib.
Artıq uçuş zolağına gedən yolların təmizlənməsi və dəyişdirilməsi işləri başlayıb.
Bundan əlavə, ABŞ Puerto-Rikoda və Sent-Krusdakı mülki hava limanlarının infrastrukturunu genişləndirir.
Bu ərazilər Venesueladan təxminən 500 mil (orta hesabla 800 km) məsafədə yerləşir.