ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 noyabr, Günel Türksoy, AZƏRTAC
Bu ilin iyun ayında Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə birlikdə Azərbaycana səfər etmişdik. Həmin vaxt azərbaycanlı həmkarlarla görüş keçirdik. Görüşdə iki qardaş ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulandı. Növbəti bir il ərzində ölkələrimiz arasında gənclər və idman sahələrində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutan protokol imzalandı. Layihə çərçivəsində gənclərin, mütəxəssislərin mübadiləsi və düşərgələr təşkil etməklə bağlı müxtəlif inkişafyönümlü fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib.
Nazir müavini xatırladıb ki, səfərin ilk günündə ADA Universitetində Azərbaycan ilə Türkiyə arasında gənclər və idman sahələrində əməkdaşlığa dair İşçi Qrupunun 3-cü iclası keçirilib. İclas zamanı gənclər və idman siyasəti, qeyri-formal təhsil, mübadilə proqramları, eləcə də birgə layihələr və fəaliyyətlər barəsində fikir mübadiləsi aparılıb: “Biz əvvəlki görüşlərdə əldə olunan razılaşmaların icra vəziyyətini müzakirə etdik və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdik. İclasda Türkiyə və Azərbaycan nümayəndələri təqdimatlarla çıxış etdilər”,- deyə E. Eminoğlu vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.