AZ

Donald Tramp üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyi düşünmür

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyi düşünmür.

Teleqraf xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində bildirib.

Bununla belə, Trampın sözlərinə görə, çoxları onun bunu etməsini istəyir.

ABŞ Prezidenti qeyd edib ki, respublikaçılar arasında demokratlardan fərqli olaraq, prezidentliyə çoxlu iddiaçılar var. Tramp onların arasında ABŞ vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun adlarını çəkib.

2016 və 2024-cü il prezident seçkilərində qalib gəldikdən sonra Donald Tramp ABŞ Konstitusiyasına 22-ci Düzəlişə əsasən, artıq üçüncü müddətə namizəd olmaq hüququna malik deyil.

Seçilən
32
teleqraf.com

1Mənbələr