AZ

ASADOV PRO BRIDGE - FIFA lisenziyalı Futbol Agentliyi

Asadov Pro Bridge — beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyidir.

Agentlik futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

Məqsədimiz beynəlxalq futbol agentliyi kimi fəaliyyət göstərmək və qlobal transferlər həyata keçirməkdir.

Asadov Pro Bridge, fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib. Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

Asadov Pro Bridge hazırda milli komanda üzvləri olan Rufət Abdullazadə (NK Varaždin, Xorvatiya), Səbuhi Abdullazadə (Sumqayıt FK)Yusif İmanov (Malişevo FK, Kosovo) kimi futbolçularla yanaşı, 10-dan çox gənc və perspektivli oyunçunun təmsilçiliyini də həyata keçirir.

Hazırda agentliyin əsas istiqamətlərindən biri, Azərbaycan futbolunda hələ tam formalaşmamış “Agent” və “Agentlik” anlayışlarını, onların fəaliyyət prinsiplərini, məqsədlərini, vəzifələrini və hüquqlarını həm peşəkar, həm də həvəskar futbolçulara düzgün şəkildə izah etmək və maarifləndirməkdir.

Bu məqsədlə agentlik maarifləndirici və praktiki fəaliyyətlər həyata keçirir, futbolçulara bu mövzuda rəsmi və hüquqi məlumatların düzgün çatdırılması üzərində mütəmadi olaraq çalışır.

Agentliyin rəhbəri Emil AsadovFIFA Lisenziyalı Futbol Agentidir.
O, ötən il rəsmi FIFA agent lisenziyasını əldə edib və 15 illik beynəlxalq əlaqələrə və biznes təcrübəsinə malikdir.
Ailəlidir, iki övladı var.

Emil Asadovun rəhbərliyi altında Asadov Pro Bridge, qısa zamanda etibarlı, beynəlxalq nüfuza malik futbol agentliyi brendinə çevrilməyi qarşısına məqsəd qoyub.

“Biz sadəcə futbolçuları təmsil etmirik — onların gələcəyini qururuq.”

Seçilən
22
sportinfo.az

1Mənbələr