AZ

Filippin təşvişdə: “Kalmaegi” tayfunu yaxınlaşır

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Sakit okeanından Filippinə doğru yaxınlaşan “Kalmaegi” tayfunu səbəbilə 10 minlərlə insan təhlükəsiz bölgələrə təxliyə edilib, balıqçıların dənizə çıxmasına qadağa qoyulub.

"Cebheinfo.az" xəbər verir ki, rəsmilər saatda 120 kilometr sürətə çatan “Kalmaegi” tayfununun bu gün Filippinin qərb sahillərinə çatacağını gözləyirlər.

Tayfunun ölkənin qərb və mərkəzi bölgələrinə güclü küləklər və yağışlar gətirəcəyi gözlənildiyi üçün sahil bölgələrində yaşayan 70 mindən çox insan ordu qüvvələrinin köməyi ilə təhlükəsiz ərazilərə köçürülüb.

Həmçinin bölgədə balıqçıların dənizə çıxmasına icazə verilmir.

Xatırladaq ki, 2013-cü ilin noyabr ayında Filippinə dəyən “Haiyan” tayfunu nəticəsində 7 min 300-dən çox insan həyatını itirmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr