AZ

Türkiyə milli GPS sisteminin yaradılmasına yaxınlaşır: “Fergani” layihəsi uğurla irəliləyir...

Baykar texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi şirkət ikinci yerli peykini orbitə çıxarıb…

Poliqon xəbər verir ki, Fergani Space Technologies şirkəti, Baykar texniki direktoru Selçuk Bayraktarın rəhbərliyi altında, ikinci tamamilə yerli istehsal olan peykini, FGN-100-D2-ni uğurla orbitə çıxarıb. Peyk ABŞ-ın SpaceX şirkətinə məxsus Falcon 9 raketi vasitəsilə buraxılıb.

104 kiloqramlıq bu peyk Yerin 510 kilometr hündürlüyündəki aşağı orbitə yerləşdirilib və bu addım Türkiyənin milli naviqasiya sistemi – Uluğ Bey Global Navigation System layihəsinin reallaşmasına doğru mühüm mərhələ sayılır. Sözügedən sistem texnoloji səviyyəsinə görə ABŞ-ın GPS şəbəkəsinə bərabər olacaq.

Hazırda Fergani Space Technologies 135 mühəndisdən ibarət komandaya malikdir. Şirkət növbəti beş il ərzində 100-dən çox peyki orbitə çıxarmağı, eyni zamanda orbitdə hərəkət edə bilən nəqliyyat vasitəsi və özünün raket buraxılış sistemini yaratmağı planlaşdırır.

Mütəxəssislərin fikrincə, bu təşəbbüs Türkiyəyə müdafiə və mülki texnologiyalar sahəsində strateji müstəqillik qazandıracaq, eləcə də ölkənin kosmik sənayesini regionda lider mövqeyə daşıyacaq.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr