AZ

SOCAR ın əsas səhmdar olduğu bankın nizamnamə kapitalı 100 milyon manatı keçib

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Azər-Türk Bank" ASC nizamnamə kapitalını daha 21.5 milyon manat və yaxud 27.2% artıraraq, 79 milyon manatdan 100.5 milyon manata çatdırıb.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 50 milyon səhminin nominal dəyərinin 1.58 manatdan 2.01 manata çatdırılması hesabına baş tutub.

"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51%-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12.4%-i Türkiyənin "Zıraat Bank"ına, 1.1%-i "Zıraat Bank International"a, 6.5%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

SOCAR "Azər-Türk Bank"ın səhmdarları sırasına bu ilin iyul ayından qoşulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
113
oxu.az

1Mənbələr