AZ

Paşinyandan Ermənistanı silkələyən qərar: Bakıya görə düyməyə basdı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Erməni Apostol Kilsəsinin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və oğlu Ambartsum saxlanılıb. Onlar xuliqanlıqda və seçki kampaniyasına mane olmaqda ittiham olunurlar.

Bundan əvvəl katolikosun din xadimi olan bacısı oğlu və digər bir neçə qohumu da saxlanılmışdı. Əməliyyatın birbaşa İrəvan hökuməti və baş nazir Nikol Paşinyanın nəzarəti altında aparıldığı bildirilir. Məlumata görə, Paşinyan bununla Azərbaycanla sülh prosesinə mane olmağa çalışan, xalq arasında revanşist meyilləri gücləndirməyə cəhd edən qüvvələri zərərsizləşdirir.

Proses çərçivəsində Qareginin özünün də həbsi mümkündürmü? Bu proses erməni ictimaiyyətində necə qarşılanacaq?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, başda Ermənistan rəhbərliyi olmaqla Erməni Apostol Kilsəsinin xarici qüvvələrin maraqlarını həyata keçirən bir vasitə rolunu oynadığı hər kəsə məlumdur:

“Bu gün Cənubi Qafqazdakı qlobal sülh prosesinə məhz kilsə bir element kimi mane olmağa çalışır. Xarici dövlətlərdə olan erməni diasporu və ümumilikdə Paşinyana müxalif olan qüvvələr kilsə üzərindən təzyiq göstərməyə cəhd edirlər.

2026-cı ilin yay aylarında Ermənistanda parlament seçkiləri keçiriləcək. Bunun ardınca referendumun təşkili də gözlənilir. Referendumun əsas məqsədi Ermənistan Konstitusiyasını beynəlxalq qanunvericiliyə uyğun formaya gətirməkdir. Bu da Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasına şərait yaradacaq.

Murad Sadəddinov

Ona görə Paşinyanı devirmək istəyən qüvvələr həmçinin hazırlıq prosesində iştirak edirlər. Bu qüvvələr bütün gücünü cəmləyib vahid hərəkət etmək niyyətindədirlər. Onların içində vacib elementlərdən biri məhz Erməni Apostol Kilsəsidir. Ona görə də Paşinyan kilsəni zəiflədir. Bu məqsədlə kilsənin ictimai fikrə təsir etmək imkanları və mexanizmləri sıradan çıxarılır.

Nəzərə almaq lazımdır ki, hazırda katolikosun həbsi mümkün olsaydı, Paşinyan onun ətrafındakıları deyil, birbaşa özünü hədəf seçərdi. Baş nazir ictimai rəyi nəzərə alıb Qareginə toxunmur. Vəziyyət yalnız indiki mərhələdə belədir. Lakin gələcəkdə ictimai rəy dəyişərsə, həbs mümkün ola bilər. Paşinyanın kilsəni zəiflətmək istiqamətindəki cəhdləri çox güman nəticə verəcək. Katolikosun həbsi qeyri-müəyyən olsa da, kilsədən uzaqlaşdırılması mümkündür”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr