AZ

Tramp: “ABŞ dünyanı 150 dəfə partlada bilər”

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində belə deyib. Onun sözlərinə görə, bu məsələni Çinin sədri Si Cinpin və Rusiya prezidenti Valdimir Putinlə müzakirə edib.

“Bizim digər ölkələrdən daha çox nüvə silahımız var. Denüklearizasiya ilə bağlı nəsə etməliyik. Dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahımız var. Rusiyanın çoxlu nüvə silahı var, Çində də çox olacaq”,- Amerika lideri bildirib.

Niyə Trampın Putinə “quşu qonub”?
Eyni zamanda o, Birləşmiş Ştatların“sınaq keçirməyən yeganə ölkə olmasını”istəmədiyini diqqətə çatdırıb.

- Biz də digər ölkələr kimi nüvə silahlarını sınaqdan keçirəcəyik. Rusiya sınaqdan keçirir, Çin sınaqdan keçirir, lakin onlar bu barədə susurlar. Biz isə açıq cəmiyyətik. Biz fərqliyik. Bu barədə danışırıq”,- Ağ Ev rəhbəri öz planları ilə bölüşüb.

Xatırladaq ki, oktyabrın sonunda Donald Tramp Pentaqona nüvə silahı sınaqlarına başlamağı əmr edib. ABŞ prezidenti belə qərar vermək istəmədiyini, lakin onun təbirincə desək, “başqa seçimi olmadığını” söylədi.

Bu addım Konqresdə ikitirəlik yaradıb:respublikaçılar qərarı alqışlayırlar, demokratlar isə bunu təhlükəli sayırlar.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
42
1
azvision.az

2Mənbələr