AZ

“Neftçi”nin futbolçusu 157 ci oldu

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Elvin Bədəlov Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.

Futblpress.az xəbər verir ki, “Neftçi”nin müdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib. 30 yaşlı müdafiəçi “Kəpəz”lə ev görüşündə (5:1) forma geyinib.

O, Premyer Liqadakı 200 matçda 3 qola imza atıb. Elvinin debütü 2013/14 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib. O, “ağ-qaralar”ın heyətində 51 (1 qol), “Sumqayıt”da 149 (2 qol) oyun keçirib.

Bədəlov turnirin tarixində 200 və daha çox matça çıxan 157-ci futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur. Filip Ozobiç də “200”ü mövsümün gedişində arxada qoyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
11
futbolpress.az

10Mənbələr