Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Astana, 3 noyabr, AZƏRTAC
Astanada ürək aritmiyalarının diaqnozu və müalicəsində aktual məsələlərə həsr olunmuş mühüm regional tədbir olan Mərkəzi Asiya Aritmologiya Sammiti keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iki gün ərzində Qazaxıstan, Azərbaycan, Türkiyə, Avstriya, Koreya, Çin, Polşa, Almaniya, BƏƏ, Rusiya, Belarus, Qırğızıstan və Özbəkistandan olan aparıcı kardioloqlar və aritmoloqlar müasir aritmologiyanın inkişafı tendensiyalarını müzakirə ediblər.
Proqrama Qazaxıstanın qulaqcıqların fibrillyasiyası ablasiyasında təcrübəsi, müasir kateter əsaslı müalicə metodlarının müqayisəli təhlili, yetkinlərdə anadangəlmə ürək qüsurlarında aritmiya, qəfil ürək ölümünün qarşısının alınması və implantasiya edilə bilən kardioverter-defibrilatorlar və fizioloji ürək stimulyasiyası üçün qabaqcıl texnologiyaların istifadəsi daxil edilib.
Müzakirələrdə yüksəktexnologiyalı aritmiya müalicəsində yeni yanaşmalara xüsusi diqqət yetirilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.