Türkiyəli məşhur sənətçi Yılmaz Morgülün səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, sosial mediada oksigen maskası ilə fotosunu paylaşan sənətçi vəziyyəti ilə bağlı emosional mesaj yazıb:
"Gərgin qrafikim və anamı itirməyin dərin kədəri bəzən məni xəstəxanaya aparır. Üç gündür müalicə alıram, dualarınızı diləyirəm" .
Morgülün paylaşımı pərəstişkarlarını duyğulandırıb və çoxsaylı "keçmiş olsun" mesajları ilə qarşılanıb.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
