Oğlunun dediyinə görə, atası onun və qardaş-bacılarının gələcəyini düşünmür:"Atam bütün var-dovlətini 2021-ci ildə ailə həyatı qurduğu Gülçin Karakaya adlı qadına bağışlayıb. Onun var-dovlətindən 6 övladına heç nə çatmayacaq. Mən təkcə özümün deyil, həm də qardaş-bacılarımın haqqını tələb edirəm".
Ahmet Tatlısəs atasını təhdid etdiyinə dair iddiaların əsassız olduğunu bildirib:
"O, İzmirdə yaşayır, mən İstanbulda. İstanbulda ola-ola İzmirdəki adamı necə təhdid edə bilərəm? Bütün bunları atam məni gözdən salmaq üçün uydurub".