AZ

Noyabrın sonuna qədər Apple iki yeni cihaz təqdim edəcək

Apple bu ayın əvvəlində yeni Apple TV və HomePod mini modellərini təqdim edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "MacRumors" saytının tanınmış insayder və "Bloomberg" müxbiri Mark Qurman məlumat yayıb.

Qurmanın sözlərinə görə, "Apple"nin pərakəndə satış mağazaları noyabrın 11-i axşamı yeniləmə məqsədilə qapalı olacaq və şirkət növbəti gün displey inventarını yeniləməyə hazırlaşır.

Qurmanın bildirdiyinə görə, hazırkı modellərin ehtiyatlarının azalması yeni versiyaların tezliklə satışa çıxacağına işarədir.

İnsayder əlavə edib ki, bu buraxılış 2025-ci ilin sonuna qədər baş verməsə belə, “yeni cihazların gəlişi çox çəkməyəcək”.

Yeni nəsil "Apple TV" və "HomePod" mini modellərinin əsas məqsədi gələn il üçün planlaşdırılan yeni Siri və "Apple Intelligence" funksiyalarını nümayiş etdirmək olacaq.

Seçilən
31
1
operativmm.az

2Mənbələr