AZ

Əsgərlərin maaşı ilə bağlı mühüm QƏRAR

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.

Ölkə.az bildirir ki, Modern.az-ın məlumatına görə, bunun üçün “əsgər kartları” hazırlanıb.

Qeyd olunur ki, artıq “əsgər kartları”nın hərbi qulluqçulara paylanmasına başlanılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:

“Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.

Seçilən
19
23
olke.az

10Mənbələr