AZ

İradə Həsənova: “Zəfər Günü həmrəyliyin, qürurun və azadlığın rəmzidir”

Zəfər Günü haqqında imzalanmış sərəncamda qeyd olunduğu kimi, hər il noyabrın 8-i Azərbaycanın qəhrəmanlıq salnaməsinin əbədiləşdirilməsi, dövlətimizin gücünün və xalqımızın birliyinin bayramı kimi qeyd edilir. Bu gün Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramın, xalqın bir yumruq kimi birləşməsinin və müstəqilliyimizin əbədiliyinin simvoludur.

“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında 8 Noyabr – Zəfər Gününün xalqımız üçün mənəvi və tarixi əhəmiyyətindən danışıb.

QHT sədri bildirib ki, bu gün Azərbaycan xalqının Vətən müharibəsində qazandığı böyük tarixi qələbənin simvoludur:

“Zəfər Günü Azərbaycan Ordusunun gücünü, birliyini və insanlığını əks etdirir. Bu gün şəhidlərimizin xatirəsini anmaq, onların fədakarlığını unutmamaq hər birimizin borcudur. Zəfər Günü milli ruhun və vətənpərvərliyin güclənməsinə təkan verir. Bu gün xalqımızı birləşdirən, həmrəyliyi möhkəmləndirən, qürur və azadlıq hissini artıran bir tarixdir. Qələbə – Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının göstəricisidir.”

O, əlavə edib ki, bu qələbə dövlətimizin qüdrətini və xalqın əzmini bir daha dünyaya nümayiş etdirib:

“Zəfər Günü bizə həm keçmişi unutmamağı, həm də gələcəyə daha böyük inamla baxmağı öyrədir. Bu gün Azərbaycanın gücünün daha da artmasına, birliyimizin möhkəmlənməsinə səbəb olur.”

Seçilən
31
qht.az

1Mənbələr