ain.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp çoxlarının onu istədiyini desə də, üçüncü müddətə prezident olmağı düşünmür.
Ağ Ev rəhbəri bunu "CBS"-ə verdiyi müsahibədə bildirib.
Tramp qeyd edib ki, Demokratlardan fərqli olaraq, prezidentliyə çoxlu respublikaçı namizəd var. Onların arasında hazırkı ABŞ vitse-prezidenti J.D. Vens və dövlət katibi Marko Rubionun adını çəkib.
Maraqlıdır ki, Tramp ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, 2016 və 2024-cü il prezident seçkilərində qalib gəldikdən sonra əslində üçüncü müddətə namizəd ola bilməz.
Lakin tarixdə siyasətçilərin, xüsusən də Rusiyada, Konstitusiyanı öz ehtiyaclarına uyğun olaraq dəyişdirməsi halları müşahidə olunub. Trampın ilk prezidentlik müddəti 20 yanvar 2017-ci ildən 2021-ci ilə qədər davam etdi. Daha sonra o, Demokrat namizəd Hillari Klintonu məğlub edib.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.