AZ

“MedAura“ klinikasında SKANDAL: Gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ FOTO

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Moderator.az-a şikayət daxil olub. Budaqlı Nigar İlham qızı 30.04.2025-ci il tarixində Bakıdakı "MedAura" klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyatı cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib.

Şikayətçinin sözlərinə görə, əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.

Şikayətçi bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib və o, bununla bağlı ədalətin təmin olunmasını tələb edir.

Mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
16
moderator.az

10Mənbələr