AZ

Qarabağda hasil olunan misin xaricə satılması üçün 25 milyon dollarlıq müqavilə imzalandı

BAKI, 3 noyabr. TELEQRAF

Azərbaycanın qızıl, mis və gümüş hasilatçısı olan “Anglo Asian Mining PLC” şirkəti Qarabağda yerləşən “Dəmirli” mis mədənində istehsal olunan konsentratın satışına dair müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, konsentrat Sinqapur mərkəzli “Trafigura Pte Ltd” şirkətinə satılacaq.

Satış müqaviləsi 25 milyon ABŞ dollarınadək dövri avans xəttini nəzərdə tutur.

Şirkət bildirib ki, “Dəmirli” mədənindəki emal zavodunun istismarı üçün zəruri lisenziyalar artıq Azərbaycan hökuməti tərəfindən verilib. Zəruri sənədləşmə prosesi davam edir, lakin lisenziyalar bu proseslə paralel şəkildə təsdiqlənib. Bundan əlavə, “Anglo Asian” mövcud tullantı anbarından 12 ay müddətinə istifadə icazəsi alıb, bu müddətdə isə ikinci tullantı anbarı inşa olunacaq. “Dəmirli” emal zavodunun icarə əsasında istismarı 1 oktyabr 2025-ci ildən başlayıb.

“Trafigura” ilə mis konsentratının satışı üzrə imzalanmış müqavilə hökumət tərəfindən təsdiqlənib. Şirkət ilk konsentrat satışının 2025-ci ilin noyabr ayının ortalarında həyata keçiriləcəyini gözləyir.

Seçilən
12
teleqraf.com

1Mənbələr