AZ

Qızılın qiyməti Çində vergi güzəştlərinin ləğvi fonunda $4000 səviyyəsinə enib

Tarixi maksimumdan iki həftə sonra qızılın qiyməti yenidən $4000 həddinin altına düşüb və bazar ertəsi Bakı vaxtı ilə saat 13:00-da bu səviyyənin bir qədər yuxarısında qalmaqda idi.

Bu enişin birbaşa səbəbi Çin hakimiyyətinin 1 noyabrdan etibarən tətbiq etdiyi mühüm vergi güzəştinin ləğvi olub. Qeyd edək ki, Şanxay Qızıl Birjasında qeyri-investisiya məqsədləri üçün qızıl alan pərakəndə satıcılar ƏDV-nin yalnız 6%-ni geri ala biləcəklər. Daha əvvəl ƏDV-nin miqdarı 13% olub. Bu, təbii olaraq, qiymətlərin artmasına və Çində zinət əşyalarına olan tələbin azalmasına səbəb olacaq — ölkənin bir sıra zərgərlik şirkətlərinin səhmləri 10%-dən çox ucuzlaşıb.

Qiymətin mühüm psixoloji səviyyəyə qədər korreksiyası bazar iştirakçılarının çoxunun gözlədiyi hadisə idi. Bununla belə, ilin əvvəlindən bəri qızılın qiyməti hələ də 50%-dən çox bahalaşıb, orta illik qiymət isə əvvəllər təsəvvür edilməyən $3200 səviyyəsini keçib.

Artımın əsas fundamental amilləri olan mərkəzi bankların qızıl ehtiyatlarını artırması və investorların “təhlükəsiz liman” aktivlərinə yönəlməsi hələ də qüvvədə qalır.

Seçilən
16
banker.az

1Mənbələr