AZ

Fransa Ermənistanı silahlandırır

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ermənistan 2023-2024-cü illərdə Fransa ilə 274 milyon avrodan çox məbləğdə silah tədarükü müqavilələri imzalayıb.

“Cebheinfo”-ın məlumatına görə, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda deyilir.

Bildirilir ki, müdafiə sahəsində əməkdaşlığın şaxələndirilməsi çərçivəsində Ermənistan hərbi imkanlarını gücləndirmək və əhalisinin təhlükəsizliyini təmin etmək üçün Fransaya müraciət etmək qərarına gəlib.

“Yeni avadanlıqların ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi sırf müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması bizə erməni tərəfdaşlarımızla daha sıx əlaqələr qurmağa və ən yaxşı əməkdaşlıq formalarını müəyyən etməyə imkan verəcək”, - hesabatda belə qeyd olunur.

2022-ci ilədək Fransa Ermənistana demək olar ki, heç bir silah verməsə də, 2023-2024-cü illərdə quru qoşunlarının təchizatı üçün çoxsaylı müqavilələr imzalanıb.

Ermənistan müdafiə sənayesində bir neçə birgə layihə ilə bağlı müzakirələr aparılır. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
cebheinfo.az

5Mənbələr