AZ

İllərdir mikroavtobusda yaşayan yaşlı kişinin ACI SONU

Kocaelinin Körfəz rayonunda 74 yaşlı Dursun Əli Ərmiş, yeddi ildir tək yaşadığı mikroavtobusda isinmək üçün yandırdığı piknik qaz balonundan zəhərlənərək dünyasını dəyişib.

Sherg.az xəbər verir ki, Körfəz rayonunun Barbaros məhəlləsində, Daşıyıcılar Kompleksinin qarşısındakı boş sahəyə çəkdiyi mikroavtobusda yaşayan Dursun Əli Ərmişin (74) səhər saatlarında çölə çıxmadığını görən qonşular polisə xəbər veriblər.

Əraziyə gələn polis əməkdaşları qapısı kilidli olan mikroavtobusu açdıqda, yaşlı kişini hərəkətsiz vəziyyətdə tapıblar.

Tibbi yardım briqadası onun həyatını itirdiyini müəyyən edib. İlkin araşdırmaya görə, Ərmişin isinmək məqsədilə yandırdığı piknik qaz balonundan zəhərləndiyi müəyyənləşdirilib.

Yaşlı kişinin meyiti hadisə yerinə baxış keçirildikdən sonra otopsiya üçün xəstəxanaya aparılıb.

Məlum olub ki, Dursun Əli Ərmişin mikroavtobusda yaşadığı məhəllədə evi varmış. Lakin o, 2006-cı ildə iki oğlundan birini avtomobil qəzasında, digərini isə bıçaqlı dava nəticəsində itirdikdən sonra həyatını tək davam etdirməyə başlayıb.

Ərmişin uzun illərdir məhəllə sakinlərinin yardımı ilə yaşadığı bildirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Turan
Seçilən
9
1
sherg.az

2Mənbələr