AZ

Dövlət çevrilişinə cəhddə ittiham edilən 40 yaşlı Eldar Əmirov kimdir? - 3 il öncə də həbs edilibmiş

Xəbər verdiyimiz kimi, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.
 
AZXEBER.COM Eldar Əmirovun kimliyi haqda araşdırma aparıb. 
 
40 yaşlı Eldar Əmirov Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri çalışdığı vaxtlar onun ən yaxın adamlarından biri hesab edilib. Təsadüf deyil ki, Əmirov gənc yaşlarından siyasi elmlər üzrə fəlsəfə doktoru elmi adına yiyələnib. Prezident Administrasiyasında Mehdiyevin köməkçisi çalışan Əmirov ona o qədər sadiq olub ki, işdən çıxarılandan sonra da ondan ayrılmayıb. Hətta Mehdiyev Eldar Əmirov üçün Elmlər Akademiyasında yeni vəzifə də təsis edib. Belə ki, Ramiz Mehdiyev özünün inzibati-amiranə hakimiyyətini qurmaq məqsədi ilə AMEA-nın Nizamnaməsini, demokratik əsaslarını dağıdaraq, qeyri-qanuni AMEA Prezidentinin Katibliyini yaratdı. Eldar Əmirovu da həmin vəzifəyə rəis təyin etdi.
 
Bu təyinatdan sonra da faktiki olaraq AMEA-ya Eldar Əmirov rəhbərlik edib. 

2022-ci ildə mətbuatda yazılana xəbərlərə görə, Eldar Əmirovun yaratdığı geniş şaxələnmiş şəbəkəsi fasiləsiz olaraq şər-böhtan xarakterli məlumatlar toplayıb, şikar seçilən istəlinən alimi, institut rəhbərlərini, adi işçiləri hədəfə alıb, ləkələnməsi, sıradan çıxarılması üçün davamlı fəaliyyət göstərib.

Eldar Əmirov həmçinin xüsusi maraqlar zəminində, özünə məxsus taktiki gedişlər əsasında AMEA-nın kadr siyasətini həyata keçirir, şübhəli reputasiya və qabilyyətə malik şəxsləri müxtəlif vəzifələrə yerləşdirib. Mehdiyev hakimiyyətini gücləndirmək, bədniyyətli məqsədlərinə çatmaq üçün, qeyri-qanuni olaraq AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsini təsis edib.

Bu yerdə qeyd edək ki, bu Eldar Əmirovun ilk həbsi deyil. O 3 il bundan öncə də saxlanılıbmış.
 
Belə ki, həmin dövrdə AMEA prezidenti Katibliyinin rəisi olan Eldar Əmirov polisə müqavimətdə ittiham olunub.

E. Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib.

Eynji zamanda həmin dövrdə E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb.

Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E. Əmirov 30 sutka həbs edilib.


Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olub. İddia olunub ki, o, pul ilə işə adam düzəldirmiş.

 
 

Seçilən
16
7news.az

1Mənbələr