AZ

Vuçiç Serbiyanın Avropa İttifaqına sursat satmağa hazır olduğunu açıqlayıb

BAKI, 3 noyabr. TELEQRAF

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsindən sursat almaq təklifi ilə Avropa İttifaqına (Aİ) müraciət etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Almaniyanın “Cicero” jurnalına müsahibəsində bildirib.

“Fransadan daha çox döyüş sursatı istehsal edirik. Mən münaqişə tərəflərini daim sursatla təmin edən biri kimi görünmək istəmirəm, amma Avropanın buna ehtiyacı var. Ona görə də, Aİ-dəki dostlarımıza təklif etdim ki, bizimlə satış müqaviləsi bağlasınlar və bizdə olan hər şeyi alsınlar”, - o deyib.

Vuçiçin fikrincə, bu, Belqrad tərəfindən Avropanın təhlükəsizliyinə fenomenal töhfə olacaq.

Seçilən
33
teleqraf.com

1Mənbələr