AZ

Yaponiya hökuməti azərbaycanlı müəlliməni ordenlə təltif edib

Yazını böyüt
Yazını kiçilt

Yaponiya hökuməti bu gün 2025-ci ilin payız mövsümündə xarici vətəndaşlar üçün nəzərdə tutulan dövlət təltiflərinin laureatlarını açıqlayıb.

Hafta.az-ın Yaponiya Səfirliyinin məlumatına istinadən yazdığına görə, Azərbaycandan Telman Abbasov adına 225 nömrəli məktəbin yapon dili müəllimi Esmira Məmmədova da təltif edilənlər arasındadır.

Yaponiyanın Gümüş Şəfəqli Gündoğar Ordeni ilə təltif olunan Esmira Məmmədova Azərbaycanda yapon dili təhsilinin inkişafına və Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın təşviqinə verdiyi töhfəyə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Bakıdakı 225 nömrəli tam orta məktəb direktor Sevda Eminovanın rəhbərliyi altında 2009-cu ildən yapon dilinin tədris olunduğu yeganə dövlət məktəbidir. Yapon dili müəllimi Esmira Məmmədova adıgedən məktəbdə 15 ildən artıq müddətdə yapon dili fənni üzrə dərs deyir.

Xatırladaq ki, xarici vətəndaşlara verilən ordenlər, Yaponiya ilə dostluğun möhkəmlənməsi və digər sahələrdə göstərilən mühüm xidmətlərə görə, Yaponiya İmperatorunun adından təqdim olunur.

Yaxın gələcəkdə Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən laureata orden və təltif sənədi təqdim ediləcək.

Seçilən
29
hafta.az

1Mənbələr