AZ

Rusiya Çin turistləri üçün vizasız rejimi nəzərdənkeçirir

Rusiya Çin turistləri üçün vizasız səfər imkanını nəzərdən keçirir.

Redaktor.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə ölkənin Baş naziri Mixail Mişustin 30-cu iki ölkə hökumət başçılarının ənənəvi görüşündə bildirib.

Mişustin həmçinin bildirib ki, 2024-cü illə müqayisədə iki ölkə arasında turist axınının artmasını gözləyir. Onun sözlərinə görə, Çin vətəndaşlarına vizaların ləğvi rusiyalı turistlərin Çinə səfərini də stimullaşdıra bilər.

Baş nazir həmçinin vurğulayıb ki, “rus və Çin xalqlarının bir-birinin tarixi və ənənələrinə artan marağı” turist axınına müsbət təsir göstərir.

Nuriyyə NATİQQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr