AZ

Özbəkistan və İran sürətli məlumat mübadiləsini gücləndirəcək

BAKI, 3 noyabr. TELEQRAF

Özbəkistan daxili işlər nazirinin birinci müavini Ayubxon Rahmatullayev Tehranda İran daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər təhlükəsizlik sektorunda əməkdaşlığı genişləndirmək və sürətli məlumat mübadiləsini gücləndirmək barədə razılığa gəliblər.

Söhbətdə son dövrlər iki ölkə arasında əməkdaşlığın durmadan genişləndiyi bildirilib. Görüşdə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, kibertəhlükəsizlik və miqrasiya ilə bağlı təhdidlərə qarşı mübarizədə institusional səviyyədə qurumlararası əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər nazirliklər arasında təhlükəsizlik məsələləri üzrə yaradılmış birgə işçi qrupunun fəaliyyətinin davam etdirilməsi barədə razılığa gəliblər.

Tərəflər sürətli məlumat mübadiləsi üçün kanalların genişləndirilməsi, birgə təlim və taktiki təlimlərin keçirilməsi, təcrübə mübadiləsi üçün praktiki addımların hazırlanmasını razılaşdırıblar.

Seçilən
5
teleqraf.com

1Mənbələr