AZ

“Kipr türk xalqı İslam dünyasının ayrılmaz bir parçasıdır” - Ərdoğan

“Kipr türk xalqı İslam dünyasının ayrılmaz bir parçasıdır”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Onların onilliklər boyu, xüsusən də kimliklərinə görə ədalətsiz, qeyri-qanuni və amansız təcridə məruz qalması faciəvi vəhşilikdir. Buna baxmayaraq, kiprli türk qardaşlarımız zülm qarşısında boyun əyməmiş, öz vətənlərində şərəflə yaşamaq iradəsindən əl çəkməmiş, suveren bərabərliklərini şübhə altına almamışlar”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan qeyd edib ki, Kipr adasının yeni qurulmuş imperialist oyununa daxil edilməsinin nəzərdən keçirildiyi barədə güclü siqnallar alırıq. Bu baxımdan təşkilatımızın Kipr türk xalqı ilə həmrəyliyini daha da gücləndirməsinin çox vacib olduğuna inanıram.

“Sizdən Kipr türklərinin iki dövlətli həllə əsaslanan hüquq, azadlıq və ədalət mübarizəsinə daha da dəstək vermənizi gözləyirəm. Biz ana vətən və qarant dövlət olaraq Kipr Türk xalqını heç vaxt tərk etməyəcəyik və onların haqlı davasında daima yanında olacağıq”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
26
1
missiya.az

2Mənbələr