AZ

Filippində tayfun xəbərdarlığı - İnsanlar təxliyə olundu

Filippində yaxınlaşan tayfun səbəbindən on minlərlə insan təxliyə edilib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Kalmaegi tayfunu Sakit Okeandan Filippinə yaxınlaşdığı üçün on minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib və balıqçıların yelkənli qayıqla üzməsi qadağan edilib.

Yerli hakimiyyət orqanları küləyin sürəti saatda 120 kilometrə çatan Kalmaegi tayfunun bu gün Filippinin qərbinə çatacağını gözləyir.

Tayfunun ölkənin qərb və mərkəzi hissələrinə güclü külək və yağış gətirəcəyi gözlənildiyi üçün sahil ərazilərində yaşayan 70 mindən çox insan hərbçilərin köməyi ilə təhlükəsiz ərazilərə təxliyə edilib.

Bölgədə balıqçıların da yelkənli qayıqla üzməsi qadağan edilib.

2013-cü ilin noyabr ayında ölkəni bürüyən Haiyan tayfununda 7300-dən çox insan həlak olub.

 
 

Seçilən
25
7news.az

1Mənbələr