Rusiya Müdafiə Nazirliyi müharibə başlayandan bu günədək Ukrayna tərəfinin itirdiyi hərbi texnikanın sayını açıqlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya MN-nin açıqladığı statistikaya görə, xüsusi hərbi əməliyyat başlayanadan Ukrayna Silahlı Qüvvələrinin 95 minə yaxın PUA-sı vurulub.
"Bundan əlavə, Ukrayna ordusunun indiyədək 668 təyyarəsi, 283 helikopteri, 94 732 pilotsuz uçuş aparatı, 635 zenit-raket kompleksi, 25 823 tank və digər zirehli döyüş maşını, 1609 reaktiv yaylım atəşi sistemi olan döyüş texnikası, 31035 səhra artilleriya qurğusu və minaatan və 45 652 ədən xüsusi hərbi avtomobil texnikası məhv edilib", Rusiya MN-nin məlumatında qeyd olunub.