AZ

“Ermənistan qərar verməlidir”

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün Azərbaycanın təşəbbüs ilə Cənubi Qafqaz regionunda gündəm sülh gündəmi kimi xarakterizə oluna bilər. Ancaq çox təəssüf ki, hələ də Ermənistan sülh çağırışlarından və sülh gündəmindən yayınmağa çalışır. Elə Fransa Silahlı Qüvvələrinin parlamentə təqdim etdiyi hesabatda səsləndirilən statistika da, maliyyə rəqəmləri də onu göstərir ki, sülh gündəliyində Ermənistan səmimi deyil. Əgər təkcə 2023-2024-cü illərdə 274 milyon avrodan çox məbləğdə Ermənistan silah tədarükü ilə bağlı Fransa ilə müqavilə bağlayırsa və silah tədarükü edirsə, bu, özü-özlüyündə artıq antisülh mövqeyi kimi qiymətləndirilməlidir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputat diqqətə çatdırıb ki, biz bilirik ki, silah-sursat əldə etməkdə Fransa Ermənistanın tək tərəfdaşı deyil, burada Hindistan və digər xeyli sayda ölkələr də var: “Ona görə də Ermənistan qərar verməlidir, doğrudanmı o, sülhə nail olmaqda qətiyyətlidir, onun gizli silahlanma məqsədləri yoxdur. Əgər Ermənistan silahlanmaqda israrla davam edəcəksə, regionun sülh gündəmi dəyişə bilər və əgər dəyişərsə, heç şübhəsiz ki, Ermənistanın lehinə olmayacaq. Biz bugünkü sülh gündəmini 44 günlük müharibənin ardından yalnız 5 ildən sonra yarada bildik. Əgər bu gündəm pozularsa, yenidən sülh gündəminin yaranması üçün uzun müddət vaxta ehtiyac ola bilər. Bu da Ermənistanın gələcəyi və regional sülh üçün heç də yaxşı perspektivlər vəd etmir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr