AZ

Ermənistanda 3 yaşlı uşaq atası tərəfindən ÖLDÜRÜLDÜ

Ermənistanda bir neçə gün davam edən axtarışdan sonra dünən cəsədi tapılan üç yaşlı uşaq qətlə yetirilib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni polisinin məlumat yayıb.

Erməni polisinin məlumatına görə, 3 yaşlı Tiqran Ovanesovu bir neçə gündür axtarırdılar, lakin onun cəsədi dünən tapılıb.

İlkin məlumata görə, uşağı öz atası boğub və bədənində baş və boyun nahiyəsində zorakılıq izləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin rəhbəri daha əvvəl bildirib ki, 27 oktyabrdan bəri itkin düşən 3 yaşlı Tiqran Ovanesov öz atası tərəfindən boğularaq öldürülüb.

Ata saxlanılıb, cinayət işi “öldürmə” maddəsi ilə başlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
49
interpress.az

1Mənbələr