AZ

Azərbaycanlı modelyer 2026 cı ilin dəbindın danışdı: Fəza ilə ruhun birləşməsi

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

2026-cı ilin dəbi artıq çoxlarının marağındadır.  

İnsanlar alış-veriş edərkən ilin dəbdə olan rənglərinə və modellərinə uyğun seçimlər etmək istəyir. Gələn il hansı rənglərin vitrinləri bəzəyəcəyi, hansı geyim tərzinin daha çox seçiləcəyi artıq modasevərlərin ən çox maraq göstərdiyi mövzular sırasındadır. 

Bəs 2026 cı ilin dəbi necə olacaq? Hansı rənglər trenddə olacaq? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən modelyer Mətanət Bayramova bildirib ki, gələn il dəb yalnız geyim formasını deyil, həm də insanın planetlə harmoniyasını nümayiş etdirəcək: 

“2026-cı ilin dəbi adətən fəza ilə insanın ruhunun birləşməsi kimi görünəcək. Bunu artıq dünya dizaynerlərinin – “Chanel”, “Tom Ford”, “Balenciaga” və digərlərinin dəfilələrində görmüşük. 2026-cı il moda yalnız geyim formasını deyil, həm də insanın planetlə harmoniyasını nümayiş etdirəcək. Rəng palitrasında təbii tonlar önə çıxacaq: qum, bej, zeytun yaşılı, daş boz, torpaq qəhvəyi, dəniz mavisi və s. 

Bununla yanaşı, futuristik parlaq çalarlar da trend olacaq: elektrik mavisi, futuristik gümüş, parlaq bənövşəyi və neon limonu kimi tonlar diqqət çəkəcək. Siluetlərdə oversize dəstlər yenə dəbdə qalır. Lakin bu dəfə forma daha səliqəli və konstruktiv olacaq: bədənə oturan kəsimlər, iri çiyin detalları ilə tamamlanacaq”. Modelyer qeyd edib ki, aksesuar trendlərində metal detallar xüsusi yer tutacaq: “Material seçimində güpür və dantellər önə çıxacaq. Xəz yenə aktual olacaq. 

Heyvan naxışları - xüsusilə piton və leopar printləri geniş istifadə ediləcək. Aksesuar trendlərində metal detallar xüsusi yer tutacaq: dəmir düymələr, metal zamoklar, metal kəmərlər və metal ilə digər materialların kombinasiyası dəbdə olacaq. Futuristik vurğular həm ayaqqabı, həm də çanta dizaynlarında hiss olunacaq. Bu il corablar da moda elementinə çevriləcək güpür, trikotaj və digər materiallardan hazırlanan modellər trenddə olacaq”. 

Gülər 

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr