AZ

Gəncədə dağıdılmış evlərin bərpası ilə bağlı daha bir şirkətlə müqavilə bağlandı

BAKI, 3 noyabr. TELEQRAF

Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, müvafiq işlərin icrası ilə bağlı Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “İNŞAAT SERVİS-2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 457 min 154,75 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, qurum 2025-ci il ərzində eyni məqsədlə “İNŞAAT SERVİS-2” MMC ilə 460 min 956,96 manat və 974 min 023,15 manat dəyərində daha iki müqavilə də imzalayıb.

Məlumat üçün bildirək ki, “İNŞAAT SERVİS-2” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Aslanov Vüqar Məzahir oğludur.

Seçilən
16
teleqraf.com

1Mənbələr