AZ

MDB-nin ən az kitab oxuyan iki ölkəsi – biri Qazaxıstandır, o biri - ...

GeoStatistica-nın araşdırmasına görə, Azərbaycan sakinləri ildə orta hesabla cəmi 3,25 kitab oxuyurlar. Bu, Rusiyada göstəricidən təxminən 4 dəfə azdır. Rusiyada bu göstərici 11 kitab və 223 saat oxumaqdır.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, dünya reytinqində Rusiya altıncı yeri tutub. Ön yerlərdə ABŞ, Hindistan və Böyük Britaniyadır. Bu ölkələrdə insanlar ildə kitab oxumağa 343-357 saat vaxt sərf edirlər.

MDB ölkələri arasında göstəricilərdəki fərq də nəzərə çarpır. Məsələn, ukraynalılar ildə təxminən 5,29, gürcülər 4,3, ermənilər isə 4,29 kitab oxuyurlar. Hətta Tacikistan və Qırğızıstanda da orta oxu səviyyəsi daha yüksəkdir - müvafiq olaraq 4,01 və 3,96 kitab. Qazaxıstan MDB məkanında ən az kitab oxuyan ölkədir. Bu ölkədə insanlar ildə 2,7 kitab oxuyurlar.

Tədqiqat müəllifləri vurğulayırlar ki, Qazaxıstanda rəqəmsal formatlara marağın artması müşahidə olunur - audiokitabların və elektron kitabxanaların populyarlığı getdikcə artır. Lakin kağız kitab oxumaq vərdişi hələ də əvvəlki səviyyəsinə çatmayıb.

Eyni durum ölkəmizdə də müşahidə olunur. Ancaq hər halda bu göstərici təəssüf doğurur.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr