AZ

Böyük Birlik Partiyasının sədrinin mətbuat konfransı keçirilib - YENİLƏNİB/FOTOLAR

Bakıda Böyük Birlik Partiyasının (BBP) sədrinin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbir çərçivəsində Türkiyə–Azərbaycan münasibətləri, regionda baş verən siyasi proseslər və iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tədbirdə siyasətçilər, ekspertlər, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Konfransda çıxış edən BBP sədri Mustafa Destici bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra bölgədə tamamilə yeni geosiyasi reallıq yaranıb: “Artıq heç bir tərəfin Qarabağla bağlı xəyal qurmasına ehtiyac yoxdur və ola da bilməz. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, müzakirə mövzusu ola bilməz. Ermənistan bunu qəbul etməli və əldə olunmuş razılaşmaların bütün müddəalarını tam şəkildə yerinə yetirməlidir”.

O deyib ki, Türkiyə bu məsələdə yalnız Azərbaycanın mövqeyi əsasında hərəkət edir: “Azərbaycan ‘bəli’ deməyən heç bir məsələ üzrə Türkiyənin Ermənistanla normallaşma prosesinə başlaması mümkün deyil. Ermənistan əvvəlcə Azərbaycanla münasibətləri düzəltməlidir".

Mustafa Destici həmçinin Zəngəzur Dəhlizinin tarixi və strateji əhəmiyyətini vurğulayıb: “Zəngəzur Dəhlizi bizim üçün sadəcə iqtisadi layihə deyil — tarixi və milli bir məsələdir. Bu dəhliz həm Türk dünyasını birləşdirəcək, həm də Ermənistan üçün regional əməkdaşlıqdan faydalanmaq imkanı yaradacaq". BBP rəhbəri bildirib ki, dəhlizlə bağlı beynəlxalq səviyyədə konsensus formalaşmaqdadır və prosesin ləngidilməməsi vacibdir.

Sözügedən çıxışdan sonra Mustafa Destici media nümayəndələrinin suallarını cavablandırıb. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
17
sia.az

1Mənbələr