AZ

“Little Readers Big Dreamers” aksiyası Neftçalada məktəbliləri bir araya gətirdi - FOTOLAR

01 Noyabr 2025-ci il tarixində Güvən Xeyriyyə İctimai Birliyi və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində "Little Readers Big Dreamers" aksiyasının növbəti görüşü Neftçalanın Qaraman İcma Mərkəzində həyata keçirilib.

QHT.az xəbər verir ki, aksiyada Neftçala rayonunun Qədimkənd, Aşağı Qaramanlı və Astanlı kəndlərindən  71 nəfər məktəb yaşlı uşaqlar iştirak edib. Onlara kitablar və hədiyyələr təqdim edilib.

Seçilən
7
qht.az

1Mənbələr