AZ

Sülh əməkdaşlığında Bakı, Ankara və İrəvan ortaq gələcəyə hazırlaşır Politoloq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Paşinyan çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh formalaşsın. Bu yalnız Azərbaycanla deyil, eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşmasına yönəlib. Ermənistan sülh yaratmağa, ölkələr arasında bütün problemlərin həll olunmasına və sülh müqaviləsinin imzalanmasına çalışır”. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O əlavə edib ki, bundan sonra demokratiyanın möhkəmləndirilməsi, sərhədlərin açılması, kommunikasiya xətlərinin bərpası, gediş-gəlişin qurulması, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı nəzərdə tutulur:“Xüsusilə də regionda Azərbaycan və Türkiyənin birgə iştirakı ilə əməkdaşlıq planlaşdırılır. İki ölkə arasında iqtisadi əlaqələrin bərpası, daha sonra siyasi münasibətlərin normallaşması həm də xalqlar arasında qarşılıqlı inamın yaranmasına səbəb ola bilər. Azərbaycan tərəfindən Ermənistana neft, qaz və digər enerji məhsulları ixrac oluna bilər. Ermənistan isə dağlıq ərazilərinə uyğun kənd təsərrüfatı və ərzaq məhsulları - meyvə-tərəvəz, balıq, pendir, konyak və s. göndərə bilər. Bu, tərəflər arasında ticarətin inkişafına və ümumi iqtisadi münasibətlərin dərinləşməsinə səbəb ola bilər”. 

Politoloq deyib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək niyyəti daha geniş əməkdaşlığa yol aça bilər:“Bu kontekstdə Ermənistan, Azərbaycan və Türkiyənin birgə tədbirlərdə iştirakı və qarşılıqlı anlaşmaya əsaslanan yanaşma formalaşdırması mümkündür. Azərbaycan və Türkiyə bu prosesə birgə qiymət verərək, eyni mövqedən çıxış edəcəklər. İrəlidə planlaşdırılan görüşlərdə bu məsələlər müzakirə olunaraq, uyğun qərarlar veriləcək”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr