AZ

Kiyev istədiyini alacaq, amma... Türk politoloq detalları açdı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Tomaqavk” qanadlı raketlərin Ukraynaya təhvil verilməsi Rusiya qoşunlarının cəbhədə irəliləyişini ləngitməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli politoloq Engin Özer deyib.

Ekspertin fikrincə, “Tomaqavk” təchizatı və Rusiyanın enerji şirkətlərinə qarşı yeni sanksiyalar Moskvaya təsir rıçaqları kimi istifadə olunur:

“ABŞ çox güman ki, yaxın vaxtlarda Kiyevə 50-yə yaxın raket ötürəcək , lakin bu rəqəm Rusiyaya ciddi ziyan vurmaq üçün kifayət etməyəcək. Bunun üçün yüzlərlə raket lazımdır.

Əsas məsələ təkcə tədarükün həcmi deyil, həm də Vaşinqtonun hansı hədəflərə hücuma icazə verəcəyidir. Tramp administrasiyası öz milli və kommersiya maraqlarına əsaslanaraq, Rusiyanın neft hasilatı və emalı obyektlərinə zərbələr endirəcək”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Tomaqavk” raketlərini Ukraynaya verməyi düşünmədiyini deyib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
globalinfo.az

1Mənbələr