AZ

İsrail və Cənubi Kipr razılığa gəldi: Bundan sonra...

İsrail təbii qazını Cənubi Kipr yunan administrasiyasına çatdıracaq yeni boru kəmərinin tikintisi üçün ilkin anlaşma memorandumu imzalanıb.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, sənəd Aralıq dənizindəki Kariş, Tanin və Katalan qaz yataqlarını idarə edən “Energean” şirkəti ilə Cənubi Kiprə məxsus “Cyfield” şirkəti arasında imzalanıb.

Memorandum İsrail qazının Cənubi Kiprə ixracını nəzərdə tutur. Layihə reallaşarsa, boru kəməri İsrailin Kariş yatağından çıxan qazı Larnaka şəhərindəki elektrik stansiyasına nəql edəcək.

Məlumata görə, layihənin icrası üçün həm İsrail hökumətinin, həm də Cənubi Kipr yunan administrasiyasının təsdiqi tələb olunur.

Seçilən
20
publika.az

1Mənbələr