AZ

Torpaq sürüşməsi: Ölənlərin sayı 26 ya yüksəldi

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Keniyanın Elgeyo Marakvet bölgəsində güclü yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 26-ya çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Keniyanın Daxili İşlər Naziri Kipçumba Murkomen Elgeyo Marakvet bölgəsində intensiv yağışlar səbəbilə torpaq sürüşməsi baş verdiyini bildirib.

Murkomen sürüşmə nəticəsində 26 nəfərin həyatını itirdiyini, çox sayda insanın yaralandığını açıqlayıb.

Nazir əlavə edib ki, 25 nəfər itkin düşüb və bölgəyə xilasetmə qrupları göndərilib, axtarış-xilasetmə işləri davam edir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr