AZ

"Bayern Münhen" gəlirlərini açıqladı - Tarixində bu qədər qazanmamışdı

"Bayern Münhen"in maliyyə ili üçün ümumi gəlirləri bəlli olub. 

Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi məlumatı rəsmi saytı üzərindən yayıb. 

Bundesliqanın lideri gəlirinin 978,3 milyon avro olduğunu açıqlayıb. Bu, ötən illə müqayisədə 2,8 faiz çox olmaqla rekord məbləğdir.

Münhen klubunun əməliyyat mənfəəti 11,3 faiz artaraq 187,8 milyon avroya çatıb. Vergidən əvvəl mənfəət 42,5 milyon avro, xalis gəlir isə 27,1 milyon avro olub.

“Bayern” idman göstəriciləri baxımından da stabil formadadır: Komanda Bundesliqaya liderlik edir, “Leypsiq”i 5 xal, “Borussiya Dortmund”u isə 7 xal qabaqlayır.

"Bayern Münhen" mövsümün əvvəlindən keçirdiyi bütün matçlarda qalib gəlib ki, bu, Almaniya çempionunun tarixində ən uğurlu başlanğıcdır.

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr