AZ

Bloomberg: Çin neft emalı zavodları Rusiya neftinin alımını azaldır...

Sinopec və PetroChina “Rosneft” və “Lukoil”ə qarşı məhdudiyyətlərdən sonra tədarükün bir hissəsini ləğv edib…

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Çinin ən iri dövlət şirkətləri olan Sinopec və PetroChina ABŞ-ın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiya neftinin bir hissəsinin idxalını dayandırıb.

Məlumata əsasən, bu prosesə ölkənin özəl neft emalı müəssisələri, “çayniklər” adlandırılan kiçik zavodlar da qoşulub. Onlar, o cümlədən yaxınlarda Böyük BritaniyaAvropa İttifaqının qara siyahısına salınmış Shandong Yulong şirkətinin təcrübəsindən ehtiyatlanaraq, ikinci dərəcəli sanksiyalara məruz qalmaqdan qorxurlar.

Konsaltinq şirkəti Rystad Energy AS bildirir ki, Çində Rusiya neftinə olan tələbatın azalması gündəlik 400 min barelə qədər çatıb. Bu isə Rusiya mənşəli ümumi idxalın təxminən 45 faizini təşkil edir. Ən çox azalma Asiya bazarı üçün əsas məhsul sayılan VSTO markalı neft üzrə qeydə alınıb.

Bloomberg qeyd edir ki, ABŞ və onun müttəfiqlərinin sanksiyaları artıq təkcə Rusiya neft istehsalçılarını deyil, həm də onların alıcılarını hədəf alır. Məqsəd – Moskvanı enerji gəlirlərindən maksimum dərəcədə məhrum etməkdir.

Bu arada ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Tszinpin ticarət danışıqları fonunda “ticarət atəşkəsi” barədə razılığa gəlsələr də, görüş zamanı Rusiya neftinin alışı məsələsi müzakirə olunmayıb. Analitiklər hesab edirlər ki, Çin bundan sonra enerji ehtiyaclarını ödəmək üçün ABŞ da daxil olmaqla digər təchizatçılardan daha çox neft ala bilər.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr