AZ

Toyuq Ətindən Dadlı Kotlet Resepti - VİDEO

Toyuq

Toyuq budu, filesi və ədviyyatlarla hazırlanan bu yemək, ailə süfrələriniz üçün ideal seçimdirEvdə ləzzətli və zəngin dadlı toyuq yeməyi hazırlamaq istəyirsinizsə, bu resept tam sizə görədir. Toyuq bud dibi (dərisiz, sümüksüz), toyuq filesi və quyruq birləşdirilərək incə doğranmış soğan, sarımsaq və ədviyyatlarla yoğrulur. Ərzaqlar: - 1 kq toyuq bud dibi (dərisiz sümüksüz) - 700 qr toyuq filesi - 100 qr quyruq - 1 ədəd soğan (incə doğranmış və artıq suyu sıxılmış) - 2-3 diş sarımsaq - 4-5 sap cəfəri, istəyə görə yaşıl acı bibər - 1 yemək qaşığı duz - 1 çay qaşığı paprika - 1 çay qaşığı qara istiot - 1/2 çay qaşığı pul bibər - 1 çay qaşığı cirə (kimyon) - 1 çay qaşığı toz keşniş (koriandr) - Qızartmaq üçün duru yağ Hazırlanması: 1. Bütün ət və ədviyyatları yaxşıca yoğurun. 2. Qarışımı ən az 1 saat soyuducuda saxlayın ki, ədviyyatlar ətə yaxşıca hopsun. 3. Tavada duru yağ ilə qızardın. 4. İstəyə görə yanında tərəvəz və ya düyü ilə süfrəyə verin. Əgər reseptlərinizi və videolarınızı "Ulusum.az" mətbəx rubrikasında paylaşmaq və geniş auditoriya ilə tanıtmaq istəyirsinizsə, [email protected] ünvanına adınızı və çəkdiyiniz videonu göndərin.Ulusum.az

Diqqət Çəkənlər

Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası

Səmərqənd – Registan Meydanı VİDEO

Qarın Əridən Detoks İçkisi Resepti – Limon, Xiyar, Nanə və Zəncəfil

Seçilən
45
ulusum.az

1Mənbələr