AZ

“Bloomberg”: Britaniya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya qanadlı raketlər göndərib

BAKI, 3 noyabr. TELEQRAF

Böyük Britaniya hökuməti Rusiyanın dərinliklərinə zərb kampaniyasını davam etdirə bilməsi üçün Ukraynaya əlavə hava-yer tipli “Storm Shadow” qanadlı raketləri göndərib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Agentliyin yazdığına görə, bu tədarük ABŞ Prezidenti Donald Trampın Ukraynaya uzaqmənzilli “Tomahawk” raketləri göndərməkdən imtina etməsi ilə bağlı Londonda yaranan narahatlıq fonunda həyata keçirilib. Britaniya hökuməti həmçinin qarşıdan gələn qış mövsümündə Ukraynanı sursatla təmin etmək niyyətindədir.

“Bloomberg” qeyd edir ki, Britaniya hökuməti Ukraynaya “Storm Shadow” raketlərinin göndərilməsi məlumatını şərh etməyib.

Seçilən
47
2
teleqraf.com

3Mənbələr