AZ

17 il əvvəl itkin düşən şəxs Pirin dağında tapıldı

Bolqarıstanda 17 il əvvəl itkin düşən şəxs ölkənin cənub-qərbindəki Pirin dağında aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pirin Milli Parkı İdarəsi məlumat yayıb.

Park mühafizəçiləri tərəfindən aparılan yoxlama zamanı şübhəli şəxs aqressiv davranış sərgiləyib. Şəxsiyyətini təsdiq edən sənədləri olmayan şəxs Bansko Rayon Polis Şöbəsinə aparılıb.

Pirin Milli Parkının direktoru Rosen Banenski bildirib ki, rus əsilli olduğu təsbit edilən bu şəxs illərdir dağda tənha kimi yaşayır.

Qeyd edək ki, o, ən çox axtarılan şəxslərdən biri kimi qeydlərə düşüb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs 2008-ci ildə milli və beynəlxalq axtarışa verilib. Lakin həmin şəxs tapılmadığına görə 2013-cü ildə məhkəmə tərəfindən ölü elan edilib.

 

 

Seçilən
26
nocomment.az

1Mənbələr